EN

Ataxan Bədəlov: "Vətəndaşların inzibati məsuliyyətə cəlb edilməsi yetərli olmur"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Suların istifadəsinə nəzarət elə bir sahədir ki, onun mühafizəsi zamanı vətəndaşların inzibati məsuliyyətə cəlb edilməsi yetərli olmur".
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Nəzarət Xidmətinin Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, qlobal iqlim dəyişmələri fonunda dünyada baş verən içməli su problemi hər kəsə məlumdur:
"Respublikamızdakı vəziyyət də nəzərə alınaraq, suların mühafizəsini həyata keçirmək lazımdır. Bu istiqamətdə görülən tədbirlərin yerinə yetirilməsi bizim üçün prioritetdir. Suların istifadəsi elə bir sahədir ki, suyun mühafizəsinin vacibliyini vətəndaşlara onları inzibati məsuliyyətə cəlb etməklə aşılamaq mümkün deyil. Burada sudan düzgün istifadə ilə bağlı maarifləndirmə önəmli rol oynayır. Bu istiqamətdə işə gənclərin rolu böyükdür".
Daha çox foto burada: Photostock.Az
Aygün Mirakif
Chosen
14
oxu.az

1Sources