EN

Tovuzda spirtli içki qəbul edən çoban öldü

Tovuz rayonunda faciəvi ölüm hadisəsi baş verib.

 1984-cü təvəllüdlü Ramin Kərəmov rayonun Qaraxanlı kəndi, Ceyrançöl ərazisində çoban işlədiyi yataqda qusma nəticəsində boğulmadan ölüb.

Məlumata görə, R.Kərəmov spirtli içki qəbul edib. Təcili tibbi yardım əməkdaşlarının səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
 
 

Chosen
87
7
7news.az

9Sources