EN

İlk dəfə canlıdan-canlıya böyrək transplantasiyası edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, xroniki böyrək çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə müraciət edən 26 yaşlı şəxsə (kişi) 59 yaşlı atasından böyrək köçürülməsi əməliyyatı icra edilib. Laparoskopik (qapalı) üsulla icra olunan donorun əməliyyatı və böyrək transplantasiyasından sonra hər iki şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib.

Pasiyentin yaxın günlərdə evə yazılması planlaşdırılır. Donor olan şəxs isə artıq ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, dəyəri yüksək olan - zədələnmiş və ya xəstə böyrəyin sağlam donorun böyrəyi ilə əvəz edilməsi prosesi artıq ölkəmizdə icbari tibbi sığorta ilə qarşılanır. Bundan sonra müasir tibbi avadanlıqlarla təchiz olunmuş əməliyyatxanaya sahib Yeni Klinikada yüksək ixtisaslı, peşəkar komanda sayəsində böyrək transplantasiyası əməliyyatlarının icrası mümkün olacaq.

AzVision.az

Chosen
53
1
azvision.az

10Sources