EN

Ukraynalı F-16 pilotları amerikalılara müraciət edib

Ukraynalı F-16 qırıcı pilotları ABŞ-ın göstərdiyi hərbi yardıma görə amerikalılara minnətdarlıqlarını bildiriblər.

Herbiand.az bildirir ki, Ukrayna Qəhrəmanı Vadim “Karaya” Voroşilov Instaqramda Ukrayna aviasiyasının hərəkətdə olan görüntülərini və təşəkkür sözləri yazılmış kart tutan pilotların fotoşəkillərini yerləşdirib.

Pilot qeyd edib ki, onun döyüşçü yoldaşları amerikalılara, şəhərləri Rusiya terrorundan effektiv şəkildə qorumaq imkanına görə təşəkkür edir: “Sizin köməyiniz bizim demokratiyamız uğrunda mübarizə aparmaq üçün bir fürsətdir. Dəstəyinizə görə sizə ürəkdən təşəkkür edirik. Qələbəyə birlikdə!”.

Bəxtiyar CƏFƏRLİ

Chosen
98
herbiand.az

1Sources