EN

Avropanın ən güclü 5 ordusu - SİYAHI

“Qoca qitə”nin Rusiya təhlükəsi ilə üz-üzə qaldığı bu günlərdə Avropa ölkələri hərbi baxımdan güclənmək üçün bir sıra addımlar atır. Vahid NATO sistemində mərkəzləşdirilmiş hərbi güc olan bu ölkələrin içərisində 5 dövlət digərlərindən seçilir.

Yenisabah.az Avropanın ən güclü 5 ordusunu təqdim edir:

Fransa

NATO və Avropa İttifaqının hərbi baxımdan ən güclü ölkələrindən biridir. Fransa nüvə arsenalına malikdir. Bu ölkənin güclü donanması və hərbi hava qüvvələri var. Fransızlar xaricdə, xüsusən Afrikada geniş hərbi bazalara sahibdir.

Böyük Britaniya

Böyük Britaniya NATO-nun əsas hərbi güclərindən biri hesab edilir. Fransa ilə birlikdə Avropanın 2 nüvə gücündən biridir. Döyüş təyyarələri və donanma baxımından olduqca güclüdür. Britaniyanın bütün dünyada sayılıb-seçilən SAS kimi elit xüsusi hərbi qüvvələri var.

Türkiyə

Türkiyə şəxsi heyət baxımından, NATO-nun ikinci ən böyük ordusuna sahibdir. Bölgədə güclü hərbi təsirə malik olan Türkiyə müdafiə sənayesini sürətlə inkişaf etdirməkdədir. Son illərdə PUA istehsalında o, qabaqcıl mövqeyə yüksəlib.

Almaniya

Avropanın ən böyük iqtisadi gücü hesab olunan Almaniya hərbi sahədə də xeyli inkişaf edib. Bu ölkənin güclü müdafiə sənayesi və texnologiyaları var. NATO çərçivəsində mühüm rol oynayır. Ordusunu modernləşdirmə prosesindədir və hərbi büdcəsini artırır.

İtaliya

Birinci və ikinci dünya müharibələrində biabırçı nəticələr qazanan İtaliya zamanla hərbi gücünü inkişaf etdirməyi bacarıb. NATO və Avropa İttifaqı çərçivəsində mühüm hərbi gücə malikdir. İtaliyanın güclü donanması və hərbi hava qüvvələri var. Müdafiə sənayesi inkişaf edib və döyüş təyyarələri, gəmilər istehsal edir.

Sadalanan ölkələrdən əlavə, Polşa, İspaniya, Yunanıstan və İsveç də Avropanın əsas hərbi güclərindən hesab olunur.

Nazim Hacıyev

 


Telegram kanalımız
Chosen
16
yenisabah.az

1Sources