“Qalatasaray” yeni mövsüm üçün qapıçı axtarışlarını davam etdirir.
Futbolpress.az xəbər verir ki, İstanbul klubu Rumıniyanın FCSB klubunun qolkiperi Stefan Tarnovanu ilə maraqlanır. Bu barədə “Sport” nəşri məlumat yayıb. “Cim-bom” 24 yaşlı qapıçını Fernando Musleraya əvəzləyici düşünür.
Tarnovanu bu mövsüm 47 oyunda 41 qol buraxıb. O, 19 matçda qapısını toxunulmaz saxlayıb.