EN

Danimarka Qrenlandiyanın müqəddəratını təyinetmə hüququna hörmət edir

Qrenlandiyanın qərarının nə olacağına dair çox nikbinəm.

APA xəbər verir ki, bunu Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə birgə mətbuat konfransında bildirib.

Diplomat bildirib ki, Danimarka Qrenlandiyanın öz müqəddəratını təyinetmə hüququna hörmət edir.

“Biz Şimalda və Arktikada təhlükəsizlik məsələlərinə gəldikdə amerikalı dostlarımızla işləməyə hazırıq”, - Rasmussen vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp ABŞ-nin Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcəyini bildirib.

Chosen
39
5
azpolitika.info

6Sources