EN

Yerli sulardan qənaətlə istifadə necə həyata keçirilməlidir? - Şöbə müdirindən açıqlama

Yerli
“Gələcəkdə transsərhəd çaylar hövzəsində qonşu dövlətlər tərəfindən istifadə üçün götürülən suyun miqdarının artması və müxtəlif çirkab suları vasitəsilə onların daha ciddi səviyyədə çirklənməsi kimi problemlərin daha da kəskinləşməsi su təchizatında yerli çaylarımızın rolunun daha da artacağına bir işarədir” . 1news.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti Kadastr şöbəsinin müdiri Rafiq Verdiyev brifinqdə deyib.
“Əlbətdə ki, biz transsərhəd çayların problemlərinin həlli və onlardan gələcəkdə birgə səmərəli istifadə etmək üçün qonşu dövlətlərlə və regiondan yalnız Azərbaycanın üzvü olduğu Beynəlxalq Su Konvensiyası və digər beynəlxalq qurumlarla bu sahədə əməkdaşlığı davam etdirməli və daha da gücləndirməliyik” . O, bildirib ki, ölkə ərazisində təhlükəsiz su təminatı üçün əsas diqqəti yerli çaylarımıza yönəltməklə onların məhdud suyundan daha səmərəli istifadə yollarını müəyyən edib inteqrasiyalı su idarəçiliyində beynəlxalq aparıcı təcrübəyə uyğun tətbiq etməliyik. “İlk növbədə biz hövzə yanaşmasına əsasən hövzə üzrə su ehtiyatlarından istifadəni su istifadəçilərini, su idarəçiliyi və mühafizəsi sahəsində fəaliyyət göstərən təşkilatları, o cümlədən digər yerli maraqlı tərəfləri bir araya gətirməklə çay hövzəsinin idarə edilməsi planlarına əsasən ən səmərəli üsullarla həyata keçirə bilərik”.
Chosen
78
1news.az

1Sources