EN

Macarıstanın Aİ-də səsvermə hüququndan məhrum edilməsi təklif edilir

“Volt Avropa” partiyasından olan deputatlar Avropa İttifaqının martın 6-da keçiriləcək sammiti öncəsi Avropa liderlərinə Macarıstanın blokdakı səsvermə hüququndan məhrum edilməsini nəzərdə tutan fəaliyyət planı göndərəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropanın “Politico” jurnalı məlumat yayıb.

Onun sözlərinə görə, qanunvericinin planı doqquz bənddən ibarətdir. Avropa Parlamentinin deputatları Macarıstanı səsvermə hüququndan məhrum etməklə yanaşı, Aİ-nin baş diplomatı Kaya Kallasın tamhüquqlu xarici işlər naziri təyin edilməsini, ümumi Avropa ordusunun yaradılmasını və Aİ-nin müdafiə səlahiyyətlərinin genişləndirilməsini tələb edirlər.

Chosen
35
operativmm.az

1Sources