Rusiya yaxın gələcəkdə qeyri-dost kimi xarakterizə olunan ölkələrin siyahısını azaltmağı planlaşdırmır.
Publika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Hazırda belə planlar yoxdur", - deyə Peskov müvafiq sualı cavablandırıb.
Xatırladaq ki, hələ 2022-ci ildə Rusiya Federasiyası hökuməti qeyri-dost hərəkətləri Rusiyaya, onun şirkətlərinə və vətəndaşlarına qarşı yönəlmiş dövlətlərin siyahısını, habelə onların ərazilərində qeydiyyatdan keçmiş şirkətlərlə əməliyyatların aparılması qaydalarını təsdiqləyib.