EN

Bakıda keçirilən əmək yarmarkasında işsiz və işaxtaran şəxslərə 450 vakansiya təqdim edilib

Bakı, 5 mart, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakıda növbəti əmək yarmarkası təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, dövlət və özəl sektoru təmsil edən işəgötürənlər iştirak ediblər.

İşsiz və işaxtaran şəxslərin mövcud vakansiyalara əlçatanlığının təmin edilməsi, işəgötürənlərin qısa zamanda ixtisaslı kadrlara olan ehtiyaclarının ödənilməsi baxımından əmək yarmarklarının əhəmiyyəti qeyd edilib. Bildirilib ki, cari il ərzində ümumilikdə bu cür 150 tədbirin keçirilməsi planlaşdırılır.

Daha sonra qonaqlar işəgötürənlərlə tanış olub, təqdim edilən vakansiyalar və onların tələbləri ilə maraqlanıblar. İşəgötürənlər isə öz növbəsində müəssisələrinin fəaliyyət istiqamətləri, işçi seçimində prioritet kriteriyalar və vakansiyalara qəbul prosesi haqqında ətraflı məlumat veriblər.

Aktiv məşğulluq tədbirində müxtəlif fəaliyyət sahələri üzrə 59 işəgötürən tərəfindən ümumilikdə 450-dən artıq vakansiya təqdim olunub.

İşsiz və işaxtaran şəxslərə vakansiyalar və iş öhdəlikləri barədə ətraflı məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilib və uyğun namizədlərin qeydiyyatı aparılıb. Həmçinin tədbirə qatılan şəxslər Agentliyik tərəfindən icra olunan aktiv məşğulluq tədbirləri barədə də məlumat almaq şansı əldə ediblər.

Chosen
23
2
azertag.az

3Sources