EN

Fənn olimpiadalarının finalına Şəki-Zaqatala bölgəsi üzrə 61 şagird vəsiqə qazanıb

Şəki, 5 mart, Mustafa Dadaşov, AZƏRTAC

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində təhsil alan 61 şagird respublika fənn olimpiadalarının final mərhələsinə vəsiqə qazanıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.

Qurumun əməkdaşı bildirib ki, fənn olimpiadalarının yarımfinal mərhələsində bölgə üzrə ümumilikdə 1296 şagird iştirak edib. Mərhələnin nəticələrinə əsasən, olimpiadaların final mərhələsinə Şəki rayonu üzrə 34, Oğuz rayonu üzrə 8, Qax rayonu üzrə 7, Balakən, Zaqatala və Qəbələ rayonlarının hər biri üzrə isə 4 şagird vəsiqə qazanıb.

Qeyd edək ki, respublika fənn olimpiadalarının təşkilində əsas məqsəd istedadlı şagirdlərin aşkarlanması, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir.

Chosen
27
azertag.az

1Sources