EN

“Maserati MC20” sürücüsüz idarə olunan avtomobillərdə sürət rekordunu yenilədi - VİDEO

İtalyan idman avtomobili “Maserati MC20” avtonom idarə olunan avtomobillərin sürət rekordunu yeniləyib. Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, süni intellektlə idarə olunan sürücüsüz kupe 318 km/saat sürət yığıb.

Rekord ABŞ-ın Florida ştatında, uzunluğu 4,5 km-ə çatan dünyanın ən uzun uçuş-enmə zolaqlarından biri olan Kennedi Kosmik Mərkəzində qeydə alınıb. Avtomobilə quraşdırılmış süni intellektin inkişafı Milan Politexnik Universiteti tərəfindən həyata keçirilib.

“Maserati MC20”, 2022-ci ildə “Indy Lights” yarış şassisi üzərində qurulmuş özü idarə olunan “Dallara AV-21” bolidinin qırdığı (309,3 km/saat) sürət rekordunu təzələyib.

Keçən ilin sonunda “MC20” 285 km/saata çataraq ən sürətli avtonom yol avtomobili olmuşdu, lakin o, mütləq rekorddan geri qalmışdı.

Qeyd edək ki, “Maserati MC20” 630 at gücünə malik, fırlanma anı 729 Nm. olan V-6 mühərriki (3 L, ikiqat turbo) ilə təchiz edilib. Onun maksimal sürəti 325 km/saatdır.

 

Namiq Musayev

 

Chosen
29
avtosfer.az

1Sources