Demokrat.az "Pravda.az"a istinadən xəbər verir ki, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2024-cü il tarixli hökmü dəyişdirilib və Ə.Əhmədovun 9 il 6 ay həbs müddəti azaldılaraq, 9 ilə endirilib.
Qeyd edək ki, məhkəmədə ifadə verən təqsirləndirilən şəxs Ə.Əhmədov bildirib ki, hadisədən əvvəl o, Rusiya Federasiyasında yaşayıb və orada olarkən həyat yoldaşının başqa kişilərlə yazışdığını bilib. 2023-cü il iyulun 1-də Azərbaycana qayıdan Ə.Əhmədov həyat yoldaşını buna görə evdən qovub. Z.Əhmədova uşaqları ilə birlikdə evdən çıxaraq atası evinə gedib.
İyulun 4-də Ə.Əhmədov qayınatası gilə gedərək qadının yad kişilərlə danışdığını deyib. Arvadının atası və anası Əfsuna boşanmağı təklif edib. Əfsun uşaqları ilə görüşərək, evinə qayıdıb. Hadisədən üç gün sonra - iyulun 7-də Ə.Əhmədov ov tüfəngini götürərək yenidən həmin ünvana qayıdıb. O, arvadını həyətdə göyərti yığdığını görüb evin çardağında gizlənərək qadının bağçadan evə qayıtmağını gözləyib. Qadın bağçadan evə qayıdarkən Ə.Əhmədov ona qarın və döş qəfəsi nahiyələrindən iki dəfə atəş açaraq, hadisə yerindən qaçıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Əhmədov tutularaq istintaqa təhvil verilib.
5Sources
-
avtosfer.azArvadını başqası ilə yazışmasına görə güllələyən şəxslə bağlı YENİ QƏRAR ( 15863765)
-
demokrat.azArvadını başqası ilə yazışmasına görə güllələyən şəxslə bağlı YENİ QƏRAR — Cəzası azaldıldı ( 15859209)
-
oxu.azArvadının başqası ilə yazışmasına görə güllələyən şəxslə bağlı YENİ QƏRAR - Cəzası azaldıldı ( 15856157)
-
tribunainfo.azArvadının başqası ilə yazışmasına görə güllələyən şəxsin cəzası azaldıldı ( 15853325)
-
pravda.azArvadının başqası ilə yazışmasına görə güllələyən şəxsin cəzası azaldıldı ( 15852329)