Bakı. Trend:
Paytaxtın ayrı-ayrı rayonlarında 3 vətəndaşa dələduzluq edilməsivə nəticədə zərərçəkənlərə ümumilikdə 25 min manata yaxın maddiziyan vurulması barədə polisə məlumatlar daxil olub.
Trend xəbər verir ki, bu barədə DİN-in MətbuatXidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərləəməlləri törətməkdə şübhəli bilinən – 39 yaşlı A.Hətəmov, 30 yaşlıT.Əlizadə və 28 yaşlı M.Şükürov müəyyən olunaraq saxlanılıblar.
Bundan başqa, Səbail rayonu ərazisində bir nəfərin bankkartından 105 manatını oğurlamaqda şübhəli bilinən 19 yaşlıN.Piraliyevin saxlanılması da təmin edilib.
Araşdırmalar aparılır.