EN

Trampdan ŞOK AÇIQLAMA – Bu ərazini ələ keçirmək üçün plan qururmuş

ABŞ Prezidenti Donald Tramp 5 mart 2025-ci il tarixində Konqresə müraciəti zamanı, Qrenlandiyanın ABŞ üçün milli təhlükəsizlik baxımından çox vacib olduğunu və bu ərazini əldə etmək istədiklərini bir daha vurğulayıb.

Yenisabah.az xəbər verir ki, O, Qrenlandiya xalqına müraciət edərək, onların öz gələcəklərini müəyyən etmə hüququnu dəstəklədiyini və ABŞ-a qoşulmalarını arzuladığını bildirib. Tramp, "Qrenlandiyaya milli təhlükəsizlik və hətta beynəlxalq təhlükəsizlik üçün ehtiyacımız var. Düşünürəm ki, bunu bir şəkildə əldə edəcəyik. Sizi zəngin edəcəyik və birlikdə Qrenlandiyanı daha əvvəl mümkün olduğunu düşünmədiyiniz yerlərə daşıyacağıq" ifadələrini işlədib.

Bundan əlavə, Tramp Panama Kanalını da geri almaq niyyətində olduğunu və bu istiqamətdə konkret addımlar atmağa başladıqlarını qeyd edib. O, Panama Kanalının amerikalılar tərəfindən inşa edildiyini və daha sonra Panamaya verildiyini, lakin hazırda kanalın idarəsinin Çinin nəzarətində olduğunu iddia edərək, bunu qəbul etməyəcəklərini bildirib.

Tramp, həmçinin İsraildəki kimi bir raketdən müdafiə sistemi qurmağın vacibliyini vurğulayaraq, Konqresdən ABŞ-da istehsal ediləcək müasir "qızıl qübbə" raketdən müdafiə sisteminin maliyyələşdirilməsini istəyib.

Aytac Şahin


Telegram kanalımız
Chosen
23
yenisabah.az

1Sources