EN

Kəngərlidə avtobus avtomobilə çırpılıb, xəsarət alan var

Kəngərlidə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Xok kəndində qeydə alınıb. 74-BC-182 dövlət nömrə nişanlı "Mercedes" markalı avtobus yol kənarında dayanan 74-BB-827 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilə çırpılıb. Qəza zamanı xəsarət alan Əhmədov Şakir Qorxmaz oğlu xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
100
5
apa.az

6Sources