EN

Çin ABŞ mallarına gömrük rüsumunu artırıb

Çin

Çin ABŞ-nın 22 milyard dollarlıq kənd təsərrüfatı məhsullarına yeni tariflər tətbiq edib.

Reyting.az
“Sputnik-Kazaxstan”a istinadla xəbər verir ki, Pekin bu addımı ABŞ lideri Donald Trampın bir gün əvvəl Çindən gələn mallara idxal rüsumlarını iki dəfə artırması və ÇXR-i narkotik ticarəti ilə mübarizədə səmərəsizlikdə ittiham edərək, rüsümları 10 faizdən 20 faizə qaldırmasından sonra atıb. Buna cavab olaraq Çin martın 10-dan ABŞ-dan gələn mallara əlavə rüsumlar tətbiq etmək qərarına gəlib.

Qeyd olunur ki, ən çox zərər soya və ət tədarükçülərinə dəyəcək.

V. QULİYEV
Chosen
23
reyting.az

1Sources