Dünən Kreml Myanma hərbi hökumətinin başçısı general Min Aun Hlaynın başçılıq etdiyi Myanma nümayəndə heyətini qəbul edib.
Rəsmi görüş zamanı general Putini kralla müqayisə edərək, Putinin Rusiyanı “kifayət müddət qədər ” idarə etdiyini deyib.
Bu barədə “Vedomosti” məlumat yayıb.
“Mən bildiyimə görə, siz Rusiyaya beş-on il deyil, kifayət qədər müddətdir rəhbərlik edirsiniz. Siz artıq sadəcə ölkənin lideri deyilsiniz, amma deyə bilərsiniz ki, siz bu ölkənin kralısınız”, - deyə general Min Aun Hlayn bildirib.
Almaz Həsənli