EN

Yeniyetmə cüdoçular Antalya Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın yeniyetmə cüdoçuları Antalya Avropa Kubokunda iştirak edəcək.

Avropa Cüdo Birliyinin təqviminə əsasən 8-9 martda Türkiyənin Antalya şəhərində yeniyetmə cüdoçular arasında Avropa Kuboku keçiriləcək.

"Operativ Media" xəbər verir ki, Azərbaycan yarışda 16 çəki dərəcəsində 25 oğlan və 28 qız cüdoçu ilə təmsil olunacaq.

Yeniyetmə oğlanlardan ibarət komandaya baş məşqçi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmaya baş məşqçi Elnur İsmayılov və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcək.

Chosen
74
6
operativmedia.az

9Sources