EN

Sərhədlərin müəyyənləşdirilməsinin davamı necə olacaq?

Ötən ilin aprelində Tavusda Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyasından sonra uzun fasilənin ardından Ermənistan hakimiyyəti yenidən prosesi Tavusdan davam etdirəcəklərini açıqlayıb.

Herbiand.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Nəşr qeyd edib ki, Ermənistan Baş nazirinin müavini, Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası üzrə komissiyanın sədri Mher Qriqoryan bu yaxınlarda jurnalistlərlə keçirdiyi brifinqdə demarkasiyanın Tavusdan, şimal küncdən başlayacağını bildirib.

“168.am” sərhədyanı Voskepar kəndinin inzibati rəhbəri İşxan Ağbalyandan kənddə demarkasiyaya hazırlıq görülüb-görülmədiyini və sakinlərin prosesə necə münasibət bəslədiyini soruşub.

Cavabında Ağbalyan deyib ki, bununla sərhədçilər məşğul olurlar, onların heç bir əlaqəsi yoxdur, buna görə də heç nə deyə bilməz.

“Hazırda sərhəddə bayraqla bağlı mühüm məsələ ilə məşğulam. Sərhəddə bayraq cırılıb, mənə ciddi xəbərdarlıq ediblər, yenə cərimələnirəm. İndi mən bu məsələlərlə məşğulam. Bayraq küləkdən zədələnib, onu əvəz edirik”, - deyə o qeyd edib.

Chosen
69
herbiand.az

1Sources