EN

Azərbaycanlı hakimlər Türkiyə millisinin oyununa təyinat alıblar

Azərbaycanın futzal üzrə FIFA referiləri Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılov beynəlxalq təyinat alıblar.

Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ədalət təmsilçiləri AVRO-2026-nın əsas mərhələsinin 3-cü qrupunda keçiriləcək Türkiyə - Slovakiya oyununu idarə edəcəklər.

Qarşılaşma martın 12-də Türkiyənin Ərzincan şəhərində baş tutacaq.

Matçın birinci hakimi Qafarlı, ikinci hakimi K.Əmiraslanov, üçüncü hakimi Ə.Cəbrayılov olacaq.

"APASport" 18 yaşında!

Dünyadan 72-ci, KONKAKAF-dan 5-ci - STATİSTİKA

"Neftçi" "Kəpəz"ə qarşı - YENİLƏNİR

Vasili Berezutski: “Bu qədər asan qollar buraxmamalıyıq”

Elmar Baxşıyev: “Kim deyir ki, "Araz-Naxçıvan" enişdədir?”

Chosen
21
apasport.az

1Sources