Kreml Belarus Prezidenti Aleksandr Lukaşenkonun Tramp, Putin və Zelenskini danışıqlar aparmaq üçün Minskə dəvət etməsinə münasibət bildirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Minski danışıqlar üçün ən yaxşı yer adlandırıb.
Onun sözlərinə görə, bu təklif qaldırılmayıb və heç cür müzakirə olunmayıb: "Lakin əlbəttə ki, bizim üçün Minsk ən yaxşı yerdir. Belarus bizim əsas müttəfiqimizdir. Bizə görə, danışıqlar üçün bu, ən yaxşı yerdir.