EN

Azyaşlıya ağır işgəncələr verən anası SAXLANILDI

Bakıda azyaşlı övladına ağır işgəncələr verən qadına cinayət işi açılıb.

DİN-in Mətbuat xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli “Qafqazinfo”ya bildirib ki, sosial şəbəkələrdə azyaşlının xəsarətləri əks olunan görüntülər polis tərəfindən araşdırılıb.

“Aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə uşağın sığınacağa yerləşdirilməsi təmin olunub.

Polis əməkdaşları tərəfindən azyaşlıya zorakılıq göstərən anası saxlanılıb və barəsində Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə cinayət işi başlanılıb.

Chosen
127
9
demokrat.az

10Sources