EN

Bu liqanın oyunları ABŞ-da keçiriləcək? - Prezident planı açıqladı

İtaliya A Seriyası ABŞ-da keçirilə bilər.

Publika.az xəbər verir ki, bu barədə liqanın prezidenti Ezio Simonelli məlumat yayıb.

“Biz ABŞ-da belə bir tədbiri təşkil edən ilk liqa olmaq istəyirik. Bu, bizim böyük ümidlər bəslədiyimiz bazardır. Doqquz klubumuz ABŞ, biri isə Kanadadan olan şirkətə məxsusdur. Ona görə də məni seçdikləri üçün onlara təşəkkür etməliyəm. Bizim başqa potensial alıcılarımız da var", - deyə italyan funksioner bildirib.

Hazırda İtaliya çempionatının turnir cədvəlinə 58 xalla "İnter" başçılıq edir. “Napoli” 57 xalla ikinci pillədə qərarlaşıb. “Atalanta” 55 xalla "ilk üçlüy"ü tamamlayır.

Chosen
19
publika.az

1Sources