EN

Politico: Brüssel Ukrayna sammitinin pozulacağından ehtiyatlanır

Bakı, 5 mart, AZƏRTAC

Avropa İttifaqı Ukraynaya həsr olunan sammitin Macarıstanın mövqeyinə görə pozulacağından ehtiyatlanır.

AZƏRTAC xəbər verir ki, “Politico” nəşri bu barədə avropalı diplomatlara istinadla məlumat yayıb.

Kiyev və Vaşinqton arasında münasibətlərin pisləşməsi fonunda martın 6-da Brüsseldə Avropa İttifaqının müdafiə məsələləri və Ukraynaya yardımla bağlı fövqəladə sammiti keçiriləcək. Aİ sammitdən əvvəl hazırlanan yekun bəyanat layihəsində Kiyevə müntəzəm və proqnozlaşdırıla bilən maliyyə yardımını davam etdirəcəyinə vəd verib.

Lakin avropalı diplomatlar Budapeştin bu bəyanatla razılaşmayacağından ehtiyatlanırlar. Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının sammitdə Ukraynaya hərbi yardım əvəzinə, öz təhlükəsizlik strategiyasını müzakirə etməli olduğunu vurğulayıb.

Bir müddət öncə Avropa İttifaqı Şurasının rəhbəri Antonio Koşta sammitin keçiriləcəyini təsdiqləyərək, konkret qərarların qəbulu üçün Avropa Komissiyası və Aİ-yə üzv ölkələrlə sıx əməkdaşlıq edəcəyini bildirib.

Chosen
30
azertag.az

1Sources