EN

Yoxa çıxan təyyarənin qalıqları tapıldı: 2 ölü

Xəbər verdiyimiz kimi, ötən gün Filippində qırıcı təyyarə təlim zamanı yoxa çıxıb.

"Cebheinfo.az" xəbər verir ki, bölgəyə sövq edilən axtarış-xilasetmə qrupları Kalatunqan dağındakı meşəlik ərazidə “FA-50” döyüş təyyarəsinin qalıqlarını və iki pilotunun cəsədini tapıb.

Bildirilir ki, insidentlə bağlı Filippin Hərbi Hava Qüvvələrinin inventarında olan “FA-50” döyüş təyyarələrinin uçuşu dayandırılıb.

Filippin Hərbi Hava Qüvvələrinin sözçüsü, polkovnik Consuelo Castillo qəzanın səbəbi ilə bağlı qəti bir şey deyə bilməyəcəklərini və hərtərəfli istintaq prosesi ilə əsl səbəbi müəyyən etməyə çalışacaqlarını bildirib.

Chosen
42
cebheinfo.az

1Sources