
"ABŞ, Ukraynaya hərbi yardımın bərpasını mümkünsüz saymır, lakin bunun şərti olaraq Kiyev münaqişənin həlli ilə bağlı danışıqlara başlamağı qəbul etməlidir". Bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens, jurnalistlərə bildirib, “Ulusum”.az xəbər verir.Mətbuat nümayəndələri siyasətçidən Kiyevə hərbi yardımın dayandırılmasının nə qədər davam edəcəyini soruşublar.“Prezident [ABŞ Donald Tramp] açıq şəkildə bildirib ki, o, ukraynalıların danışıqlar masasına oturmasını istəyir. Məncə, ukraynalılar danışıqlara başlasalar, hər şey nəzərdən keçiriləcək”, — deyə Vens bildirib.
Diqqət Çəkənlər
Fərid Əhmədov Fikrət Məmmədovun qərarını ləğv edib
Ermənilər ABŞ-dan deportasiya olunur
Saməddin Əsədova yüksək vəzifə verilib