ABŞ prezidenti Donald Tramp Konqresə müraciəti zamanı açıqladığı məsələyə görə alqışlanıb.
Publika.az xəbər verir ki, Tramp yalnız iki cinsin olduğunu rəsmən tanıyan prezident fərmanı məsələsinə toxunub.
O, Co Bayden administrasiyasını LGBT hüquqlarına verdiyi dəstəyə görə tənqid edib: "Yalnız iki cins var. Bunlar kişi və qadındır".
Prezidentin bu sözləri gurultulu alqışlarla qarşılanıb.