EN

Adəm Məmmədov həbs edildi

Vəkillik fəaliyyəti dayandırılmış Adəm Məmmədov həbs edilib.

Musavat.com xəbər verir ki, ondan şikayətçi vəkil Ceyhun Yusifov olub.

Adəm Məmmədov Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib.

Adəm Məmmədov 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun qardaşı Xəyyam Məmmədov isə 6 ay müddətə islah işləri cəzası verilib.

Xatırladaq ki, Ceyhun Yusifovun həyat yoldaşını bıçaqlaması ilə bağlı Adəm Məmmədovun qardaşının təsisiçisi olduğu saytda məlumat yer almışdı. Ceyhun Yusifov bu məlumatların yalan və böhtan olduğunu bildirərək məhkəməyə üz tutmuşdu.

 


Telegram kanalımız
Chosen
22
1
yenisabah.az

2Sources