EN

Məscidi təhdid edən 16 yaşlı uşaq saxlanıldı

Avstraliyanın Sidney şəhərində 16 yaşlı bir uşaq, internet üzərindən bir məscidi hədəf alan təhdid mesajları paylaşdığına görə saxlanılıb.

Yenisabah.az xəbər verir ki, "ABC News"un məlumatına görə, Sidney şəhərində 16 yaşlı bir uşaq  yeni açılmış Avstraliya İslam Evi və Məscidini hədəf alaraq paylaşımlar edib.

Paylaşımda 15 mart 2019-cu ildə Yeni Zelandiyada məscidlərə edilən terror hücumuna istinad edən uşaq bu hücumun ikincisinin yolda olduğunu bildirib.

Uşaq bu paylaşımı üzərindən internetdə şiddət təhdidləri etdiyi iddiası ilə saxlanılıb.

Xatırladaq ki, Yeni Zelandiyanın Kristoçerç şəhərindəki "Nur" və "Linwood" məscidlərinə 15 mart 2019-cu ildə Brenton Tarrant adlı terrorçu tərəfindən cümə namazı zamanı silahlarla hücum edilmişdi.

Hücumda arasında qadın və uşaqların da olduğu 51 nəfər həyatını itirmiş, 49 nəfər yaralanmışdı.

Tarrant 2020-ci ildə Kristoçerç Ali Məhkəməsində 51 cinayət, 40 ayrı cinayətə cəhd və bir terror hadisəsinə görə mühakimə olunaraq şərtsiz azadlıqdan məhrum edilməklə ömürlük həbs cəzası almışdı.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Chosen
39
1
yenisabah.az

2Sources