EN

Peskov təsdiqlədi: Rusiya Tehran üçün vasitəçi olacaq

Rusiya və ABŞ gələcəkdə İranın nüvə proqramı ilə bağlı ayrıca məsləhətləşmələr aparmağı planlaşdırır.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Rusiyanın İranın nüvə proqramı ilə bağlı danışıqlarda vasitəçiliyə hazır olması ilə bağlı xəbəri belə şərh edib:

"İran mövzusu Ər-Riyaddakı danışıqlarda gündəlikdə olub. Buna təfərrüatlı toxunulmayıb. Prezidentin köməkçisi Yuri Uşakovun dediyi kimi, bu mövzuda ayrıca müzakirələr gözləyirik. Gələcəkdə bunun dialoqumuzun və məsləhətləşmələrimizin ayrıca sahəsinə çevrilməsi təklif edilib".

Pekov əlavə edib: “Heç bir konkret təşəbbüs yox idi”, o qeyd edib.

"Rusiyanın mövqeyi ondan ibarətdir ki, İranın nüvə dosyesi ilə bağlı bu problem yalnız dinc siyasi və diplomatik vasitələrlə həll edilməlidir. Bunun üçün potensialın olduğuna inanırıq", - Kreml sözçüsü bildirib.

"İran bizim müttəfiqimiz və tərəfdaşımızdır, bizim hərtərəfli, qarşılıqlı faydalı və qarşılıqlı hörmətə əsaslanan münasibətləri inkişaf etdirdiyimiz ölkədir. Rusiya bunun üçün mümkün olan hər şeyi etməyə hazırdır. ABŞ-ın bundan xəbəri var", - Peskov əlavə edib.


Telegram kanalımız
Chosen
13
yenisabah.az

1Sources