EN

Donald Tramp Marsı işğal etmək niyyətindədir

ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ öz bayrağını Marsda və ondan da uzaqlarda sancacaq.

O, ABŞ-ın kosmosun tədqiqində lider olacağını vurğulayıb. Tramp Konqresdəki çıxışı zamanı deyib: “Biz elmin sərhədsiz üfüqlərini fəth edəcəyik, bəşəriyyəti kosmosa aparacağıq, Amerika bayrağını Marsda və ondan kənarda sancacağıq”.

Dövlət başçısının sözlərinə görə, onun administrasiyası aparıcı kosmik dövlət kimi ABŞ-ın mövqeyini gücləndirmək niyyətindədir.

//Samir Qurbanov, Editor.az

Chosen
19
editor.az

1Sources