EN

ABŞ Panama kanalına nəzarəti bərpa etməyə başlayıb – Donald Tramp

ABŞ Panama kanalına nəzarəti bərpa etməyə başlayıb. Bunu dövlət başçısı Donald Tramp Konqresin hər iki palatası qarşısında Kapitoliyada çıxışı zamanı deyib.

“Yalnız bu gün böyük bir Amerika şirkəti Panama Kanalı ətrafındakı hər iki limanı satın aldığını elan edib” – Tramp bildirib.

Bundan əvvəl Honq-Konqun liman infrastrukturu operatoru CK Hutchison Holdings Balboa və Cristobal limanlarının BlackRock daxil olmaqla amerikalı investorların idarəçiliyinə verildiyini açıqlamışdı.

//Samir Qurbanov, Editor.az

Chosen
54
editor.az

1Sources