EN

Ceyhun Yusifov Adəm Məmmədovu tutdurdu 

  Vəkillik fəaliyyəti dayandırılmış Adəm Məmmədov həbs edilib.

Ondan şikayətçi vəkil Ceyhun Yusifov olub.

Adəm Məmmədov Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib.

Adəm Məmmədov 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun qardaşı Xəyyam Məmmədov isə 6 ay müddətə islah işləri cəzası verilib.

Xatırladaq ki, Ceyhun Yusifovun həyat yoldaşını bıçaqlaması ilə bağlı Adəm Məmmədovun qardaşının təsisiçisi olduğu saytda məlumat yer almışdı. Ceyhun Yusifov bu məlumatların yalan və böhtan olduğunu bildirərək məhkəməyə üz tutmuşdu.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27.01.2025-ci il tarixli qərarı ilə Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətə dayandırılmışdı.//musavat.com


Chosen
11
1
referans.az

2Sources