EN

Fransa nəşri Makronu müdafiə xərclərini sosial xərclər hesabına artırdığına görə qınayıb

Fransanın “L'Opinion” qəzeti hökumətin prioritetlərini tənqid edərək prezident Emmanuel Makronun karikaturasını dərc edib. Bu prioritetlərə sosial sahəyə zərər vuraraq müdafiə xərclərinin artırılması daxildir.

“Report” nəşrə istinadən xəbər verir ki, karikaturada ölkə prezidentinin müdafiə nazirinə pul verməsi, arxa planda isə bir ailənin üzərində “sosial sahə” yazısı olan sınmış daxıla baxması əks olunub.

Ailə üzvlərindən biri deyir: “Bu, yəqin ki, hərbi dövrünün iqtisadiyyatıdır”.

Chosen
28
report.az

1Sources