EN

Niki Hayen “Aston Villa”ya məğlubiyyəti şərh etdi

“Brügge”nin baş məşqçisi Niki Hayen UEFA Çempionlar Liqasının 1/8 finalının evdə “Aston Villa”ya qarşı ilk oyununu (1:7) şərh edib.

Arena.az belçikalı mütəxəssisin oyunsonrası mətbuat toplantısında səsləndirdiyi müvafiq qənaətini təqdim edir:

“Bu gün hər şeyi səmərəlilikdəki, fürsətlərin gerçəkləşdirilməsindəki fərq həll etdi. Bu gün bizim hücumlarımız daha təhlükəli idi, amma qələbəni “Aston Villa” qazandı. İndi səfərdə iki qol vurmaq gərək olacaq. Əgər rəqibin bu gün etdiyi kimi, erkən qol vursaq, onda hər şey mümükündür”, deyə Niki Hayen ümidlə vurğulayıb.

Cavab oyunu çərçivəsində “Brügge” martın 12-də Birmingemdə “Aston Villa”nın “qonağı” olacaq.

Chosen
54
arena.az

1Sources