EN

Sosial evlərlə bağlı dələduzluq edənlər həbs edildi

Sosial evlərlə bağlı dələduzluq edən iki nəfər həbs olunub.

Gundem.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Xəqani B. və 1969-cu il təvəllüdlü Arzu C. barəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi açılıb və işə məhkəmədə baxılıb.

Aparılan araşdırma zamanı məlum olub ki, Arzu Respublika Diaqnostika Mərkəzində və digər yerlərdə çalışan 18 tanışının hər birindən 5, 10, 23 min manatadək pul alaraq onlara iş yoldaşı Xəqaninin vasitəsi ilə sosial evlər layihəsindən 1, 2, 3 otaqlı mənzillər alacağını vəd edib.

Zərərçəkmişlər onun dediklərinə inanaraq "Old Castle" kafesində və başqa yerlərdə vəsaiti Arzuya veriblər. Arzu onlara iş yoldaşı Xəqaninin Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) tanışlarının olduğunu, sosial evlər layihəsi çərçivəsində tikilən binalarda onlayn müsabiqə yolu ilə zərərçəkmiş şəxslərin adlarının mənzil alan şəxslərin siyahısına daxil edilməsində köməklik göstərəcəyini bildirib.

Chosen
66
15
gundem.az

10Sources