13 min 700 manatlıq xırda buynuzlu heyvanı maşına yükləyərək aradan çıxıb.
News24.az den.az-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhər TUG zavod adlanan ərazidə vətəndaş Abbas Abbasovun həyətində baş verib.
Vətəndaş Abbas Abbasov iddia edir ki, o Nurlan Babayev adlı şəxs tərəfindən aldadılıb.
Zərərşəkimişin sözlərinə görə, bir müddət öncə heyvan kəsimi işi ilə məşğul olan Nurlan Babayev arvadı ilə birlikdə onun həyətinə gələrək 13 min 700 manatlıq heyvan alıb. Qarşılığında isə ona yalnız 2 min manat ödəyib. Qalan miqdarı bank kartına atacam deyərək aradan çıxıb.
Hadisədə adı hallanan şəxs Nurlan Babayevlə telefon əlaqəsi yaratdıq. O mövcud vəziyyətlə bağlı DenazTv-yə açıqlqamasında bildirdi ki, hazırda Abbas Abbasova heç bir borcu yoxdur.
Zərərçəkmiş Abbas Abbasov mövcud vəziyyətlə bağlı adiyyatı üzrə məhkəməyə müraciət edəcəyini bildirib.