EN

Bu maşınların qiyməti kəskin ucuzlaşdı

2025-ci ilin ilk rübünə əsasən, bəzi avtomobil modellərində bahalaşma müşahidə olunur. Lakin avtosalonlarda tamamilə əks-tendensiya özünü göstərir. Hazırda salon maşınlarının əksəriyyətində gözəçarpan ucuzlaşma var.

Yenisabah.az-ın araşdırmasına əsasən, satış saytlarında avtosalonların avtomobil elanlarının sayı xeyli artıb. Bununla paralel olaraq, “Kia”, “Hyundai”, “Toyota” və bu kimi məşhur markaların bir çox modellərində ciddi ucuzlaşma müşahidə olunmaqdadır. 

Realtorlar və satıcılar bunu müxtəlif səbəblərlə əlaqələndirir. Xarici ölkələrdə təşkil edilən hərraclardan sifariş olunan maşınların sayının artması, elektromobil və hibridlərə tələbatın yüksəlməsi avtosalonları qiymətləri endirməyə vadar edir.

Salonların bir çoxu, maşınları müxtəlif kampaniyalar, ya da yüksək güzəştli kredit variantları ilə təklif edir. Alıcının əlində olan maşını müəyyən qiymətə almaqla, yerdə qalan ödənişin güzəştli kreditlə təşkil edilməsi də digər variantlardan biridir. 

Avtomobil sahibi olmaq istəyən şəxslər üçün olduqca əlverişli fürsətdir. Xüsusən ilkin ödəniş üçün yetərincə maddi resursu olmayan vətəndaşlar yüksək bank kreditləri yerinə avtosalonların daxili kreditlərindən istifadə edə bilərlər.

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
27
yenisabah.az

1Sources