Misirin Qəzzanın yenidən qurulması üçün “ərəb planı” hazırladığı və bunun dəyərinin 5 il ərzində təxminən 53 milyard dollar olacağı bildirilib.
Publika.az xəbər verir ki, bu barədə yerli mediada məlumat yayılıb.
Bildirilir ki, Misir “Qəzzanın erkən bərpası, yenidən qurulması və inkişafı” adlı 91 səhifəlik plan hazırlayıb.
Sözügedən planla bağlı hesabatda İsrailin Qəzzaya hücumlarının vurduğu ümumi maddi zərərin 29,9 milyard dollar olduğu, ən çox isə mənzil sektoruna (15,8 milyard dollar) zərər dəydiyi qeyd olunub.
Hesabatda 30 minə yaxın yaşayış binasının zədələndiyi, 272 mininin tamamilə dağıldığı, 58,5 min mənzilin isə qismən zədələndiyi bildirilib.
Planda Qəzzanın yenidən qurulması üçün ümumi ehtiyacın 53 milyard dollar olduğu, bunun 3 milyard dollarının 6 ay ərzində "erkən bərpa" üçün istifadə ediləcəyi gözlənilir.