Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə məxsus "Naxçıvan Duz İstehsalı" MMC 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Financial Reporting Center" MMC-dir.
Qalib şirkətə 2 950 manat ödəniləcək.