EN

Elçin Məsiyev AÇ-nin final mərhələsinə təyinat aldı

FİFA referisi Elçin Məsiyev UEFA-dan yeni təyinat alıb.

"Football-plus az" xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alıb. 1-ci kateqoriyaya malik Məsiyevin hakimlər briqadasında Elşad Abdullayev və Pərvin Talıbov köməkçi hakim funksiyasını yerinə yetirəcəklər.

Avropa çempionatının final mərhələsi 11-28 iyun aralığında 16 komandanın iştirakı ilə keçiriləcək.

Chosen
114
29
football-plus.az

10Sources