Azərbaycan hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyini bağlamaq niyyəti haqda BQXK-ya məlumat verib.
Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
O qeyd edib ki, hazırda hakimiyyət orqanları ilə əlaqə saxlayırlar: “Bu dialoq bizim konfidensial və ikitərəfli dialoqumuzun bir hissəsidir”.