EN

QMİ-dən çağırış: Həcc ziyarətinə sənəd qəbulu aprelin əvvəlində yekunlaşacaq

Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu aprelin əvvəlindək davam edəcək.

Bunu “Report”a Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.

Onun sözlərinə görə, Həcc ziyarəti üçün Azərbaycana 1300-dək kvota ayrılacaq:

“Hazırda kvotanın təxminən 75 faizi dolub və müraciətlər davam edir. Yerlər məhdud olduğundan Həcc ziyarətinə getmək istəyənlərə müraciətlərini tezləşdirməyi tövsiyə edirik. Çünki bəzi vətəndaşlarımız arxayın olub son anda müraciət edirlər və yerlər dolmuş olur”.

Chosen
8
10
aznews.az

10Sources