EN

“Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin final mərhələsi keçiriləcək

ABŞ-nin “Society for Science” təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində ölkəmizdə təşkil olunan “Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin final mərhələsi 12-14 mart 2025-ci il tarixlərində Bakı Ali Neft Məktəbində təşkil olunacaq.

TƏHSİL.BİZ  xəbər verir ki, ümumtəhsil müəssisələrində təhsil alan IX-XI sinif şagirdlərinin 9 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt) üzrə elmi-tədqiqat işləri ekspertlər tərəfindən qiymətləndirilib və sərgidə iştirak edəcək layihələr müəyyən edilib.

 

 

Chosen
79
tehsil.biz

1Sources