EN

“Arsenal” ÇL-də bütün zamanların rekordunu müəyyənləşdirdi

Çempionlar Liqasının 1/8 finalının səfərdə PSV ilə ilk oyununda 7:1 hesablı qələbə “Arsenal” üçün mütləq rekordla əlamətdar olub.

Arena.az “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir ki, İngiltərə təmsilçisi UEFA Çempionlar Liqasının ələmə oyunlarında səfərdə 7 qol vurmuş ilk komanda ünvanına sahib olub.

Əlavə edək ki, UEFA Çempionlar Liqasıınn 2019/2020-ci illər mövsümünün 1/4 finalının “Barselona” – “Bayern” oyunu (2:8) bu baxımdan istisnadır. Belə ki, Çempionlar Liqasının həmin mövsümünün ələmə mərhələsinin 1/4 finaldan başlayaraq oyunları koronovirus pandemiyası sonrası bitərəf meydanlarda tək oyundan ibarət olmaqla keçirilmişdi. O vaxt “Bayern” “Barselona”nı Lissabonda “kötəkləmişdi”.

Xatırladaq ki, cavab oyunu çərçivəsində “Arsenal” PSV-ni martın 12-də Londonda qəbul edəcək.

Chosen
33
arena.az

1Sources