Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilb.
“İki sahil” xəbər verir ki, bu barədə Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.
O qeyd edib ki, iclasda 100-dən çox müracətə baxılıb:
"Müraciətlər müzakirəyə çıxarılıb. Səsvermə nəticəsində qərarlar qəbul edildi. Komissiyanın növbəti iclası yaxın günlərdə keçiriləcək".
Qeyd edək ki, bununla da baxılan müraciətlərin sayı 300-ü keçib.