EN

Boçorişvili: Gürcüstana qarşı ikili standartlar Baltikyanı ölkələrin milli maraqları məsələsinə çevrilib

Tbilisi, 5 mart, AZƏRTAC

Təəssüf ki, Gürcüstana qarşı münasibətdə ikili standartlar Baltikyanı ölkələrin milli maraqları məsələsinə çevrilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib.

Onun sözlərinə görə, Litva və Latviya hakimiyyətləri Rusiya ilə ticarət əlaqələrindən imtina etmir, eyni zamanda, Gürcüstanı çox vaxt yalan nağıllara əsaslanaraq tənqid edirlər.

“Onlar öz maraqlarını rəhbər tuturlar, Rusiya ilə ticarətdən və münasibətlər qurmaqdan çəkinmirlər, bizi hər şeyə görə, o cümlədən yalan məlumatlara və yalan rəvayətlərə görə tənqid edirlər”, - deyə Boçorişvili qeyd edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsuai müxbiri

Tbilisi

Chosen
44
1
azertag.az

2Sources