EN

Yaponiyadan ABŞ-a etiraz gecikmədi - Baş nazir etiraz etdi

Yaponiya ABŞ prezidenti Donald Trampın Pentaqonda müdafiə siyasəti üzrə müdafiə nazirinin müşaviri vəzifəsinə namizəd irəli sürdüyü Elbridge Colbinin “Tokio hökuməti müdafiə xərclərini artırmalıdır” xəbərdarlığına etiraz edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, baş nazir İşiba Şiqeru bu tələbi qəbulolunmaz sayıb.

O, ABŞ Senatında keçirilən dinləmələrində Colbinin Yaponiya hökumətinə mesaj verməsini anlaya bilmədiklərini deyib: "O, hansı əsasla bizə "Müdafiə xərclərini tez bir zamanda ÜDM-ün 3 faizinə çatdırmalıdırlar” xəbərdarlığını edir? Yaponiya öz xərclərini başqa ölkələrin göstərişi ilə deyil, özü təyin edir"

Zülfiyyə Mustafayeva

MİA.AZ

Chosen
50
mia.az

1Sources